Menu

Büdcədə milyardlıq profisit: Azərbaycan xəzinəsi 8 ayı necə başa vurdu?

08.09.2026, 15:48
Büdcədə milyardlıq profisit: Azərbaycan xəzinəsi 8 ayı necə başa vurdu?

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın xəzinədarlıq orqanları 864 mindən çox ödəniş tapşırığı icra edib.

"AzPolitika" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 % azdır.

8 ayda icmal büdcənin gəlirləri 32 milyard 799,6 milyon manat, xərcləri 26 milyard 967,5 milyon manat, o cümlədən dövlət büdcəsinin gəlirləri 26 milyard 486,5 milyon manat (1 il əvvələ nisbətən 0,5 % çox), xərcləri 22 milyard 770,6 milyon manat (2,1 % çox) təşkil edib.

Son nəticədə icmal büdcədə 5 milyard 832,1 milyon manat, dövlət büdcəsində isə 3 milyard 715,9 milyon manat profisit olub.

Hesabat dövründə büdcə gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə daxilolmalar 12 milyard 619,1 milyon manat (9,15 % çox), Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 4 milyard 326,9 milyon manat (4 % çox), İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 37,7 milyon manat (24,4 % çox), sair daxilolmalar 462,5 milyon manat (12,5 % az), Dövlət Neft Fondundan transfert 8 milyard 559 milyon manat (11,3 % az), büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 481,3 milyon manat (13,3 % çox) təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol