ABŞ Maliyyə Nazirliyi İraq, Livan və Birləşmiş Ərəb Əmirliklərində İran tərəfindən dəstəklənən qurumlarla əlaqəsi olduğu iddia edilən fiziki və hüquqi şəxslərə sanksiyalar tətbiq edib.
"AzPolitika" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi bəyanat yayıb.
Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) yaydığı bəyanatda deyilir: "Bu gün "Qanunsuz İqtisadiyyat Əməliyyatı" çərçivəsində İran rejiminin terrorçu vasitəçilər vasitəsilə Yaxın Şərqdə xaos yaratmasına imkan verən şəbəkələrə qarşı adekvat tədbirlər görülüb. Bugünkü addım "Kətaib Hizbullah" və "Hizbullah" təşkilatlarını, eləcə də onları dəstəkləyən fiziki və hüquqi şəxsləri hədəf alır".
Sanksiya siyahısına 13 nəfər daxil edilib. Onların arasında "Kətaib Hizbullah" qruplaşması ilə bağlılığı olan İraq vətəndaşları və "Hizbullah" ilə əlaqəli Livan vətəndaşları yer alır. Sanksiyaya məruz qalanlar arasında "Kətaib Hizbullah"ın dörd komandiri və üzvü də var.
Bununla yanaşı, beş şirkət və maliyyə institutu da sanksiyalar siyahısına salınıb.
AzPolitika.info


Şərhlər