Menu

Si Cinpin 7 il ərzində ilk dəfə Hindistana gedib

12.09.2026, 11:49
Si Cinpin 7 il ərzində ilk dəfə Hindistana gedib

Çin Sədri Si Cinpin 7 il ərzində ilk dəfə Hindistana səfərə gedib.

"AzPolitika" xəbər verir ki, səfərin məqsədi Yeni Delhidə keçirilən BRICS liderlərinin sammitində iştirak etməkdir.

Si Cinpinin sammitdə çıxış edəcəyi, həmçinin Hindistanın Baş naziri Narendra Modi ilə danışıqlar aparacağı və birlik ölkələrinin digər liderləri ilə fikir mübadiləsi aparacağı gözlənilir.

Məlumata görə, səfər 2020-ci ildə mübahisəli Himalay sərhədində baş vermis silahlı toqquşmadan sonra daha da mürəkkəbləşən Çin-Hindistan münasibətlərinin bərpası fonunda baş tutur. Toqquşma nəticəsində 20 hindistanlı və 4 çinli hərbçi həlak olmuşdu.

Son illər Pekin və Yeni Delhi ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində addımlar atır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol