Rusiya Prezidenti Vladimir Putini Mayamidə keçiriləcək G20 sammitinə dəvət olunarsa, Ukrayna Prezidenti Volodimir Zelenski onunla görüşməyə hazırdır.
“AzPolitika” xəbər verir ki, Ukrayna başçısı bunu “Deutsche Welle”-yə verdiyi müsahibədə bəyan edib.
"Bəli, əlbəttə. Biz gəlməliyik. Görüşməli, danışmalı və qərar qəbul etməliyik", - deyə Zelenski bildirib.
Ukrayna liderinin sözlərinə görə, onun Rusiya Prezidentinə nə deyəcəyi vacib deyil: “Yalnız nəticə vacib olacaq".
Qeyd edək ki, G20 sammiti 14-15 dekabr tarixlərində keçiriləcək. Zirvə görüşünün rəsmi veb saytına görə, Ukrayna hələlik dəvət olunan ölkələr arasında deyil.
Donald Tramp isə bundan öncə bildirib ki, Putini Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib-etməmək barədə hələ qərar verməyib.
“AzPolitika.info”


Şərhlər