Menu

Qobustanda avtomobil yanıb - VİDEO

23.09.2026, 13:23
Qobustanda avtomobil yanıb - VİDEO

Qobustanda avtomobildə yanğın olub.

"AzPolitika" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı-Şamaxı magistral avtomobil yolunun Qobustan rayonunun ərazisindən keçən hissəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qobustan Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Ford Fusion” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtonəqliyyat vasitəsinin mühərrik hissəsi yanıb.

Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol