Menu

NAZİRƏ YENİ MÜŞAVİR TƏYİN EDİLDİ - Natəvan Həsənova kimdir?

25.09.2026, 15:12
NAZİRƏ YENİ MÜŞAVİR TƏYİN EDİLDİ - Natəvan Həsənova kimdir?

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə müşavir təyinatı olub.

"AzPolitika" Yurd.Media-ya istinadən xəbər verir ki, Natəvan Həsənova rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsinə təyin olunub.

O, 2023-cü ildən bu təyinata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") Strategiya və biznesin inkişafı departamentinin direktoru vəzifəsində çalışıb.

N.Həsənova ümumilikdə 2018-ci ilin sentyabrından "Azərkosmos"da müxtəlif vəzifələrdə işləyib. 2016-2018-ci illərdə isə "ADY Ekspress"də biznes analitik vəzifəsində fəaliyyət göstərib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol