Menu

Ermənistanda konsert qalmaqalı - İctimai Televiziya buna görə üzr istədi

28.09.2026, 12:59
Ermənistanda konsert qalmaqalı - İctimai Televiziya buna görə üzr istədi

27 sentyabrda Ermənistan İctimai Televiziyasında əyləncəli konsertin yayımlanması səhv idi və biz bunun məsuliyyətini tam olaraq qəbul edirik.

“AzPolitika” xəbər verir ki, Ermənistan dövləti tərəfindən maliyyələşdirilən Ermənistan İctimai Televiziyasının yaydığı bəyanatda belə deyilir.

Ölkənin əsas hökumət televiziya kanalının bəyanatında daha sonra edyilir: "Baş verənlərə proqramlaşdırma və ya texniki məsələlərlə haqq qazandırmağa çalışmayacağıq. Baş verənlərə görə üzr istəyirik. Bu cür hadisələrin təkrarlanmasının qarşısını almaq üçün müvafiq əməliyyat prosedurları nəzərdən keçirilir".

Məsələ ondadır ki, 2020-ci ildəki 44 günlük müharibənin başlamasının altıncı ildönümündə Ermənistan İctimai Televiziyası müğənni Tata Simonyanın konsertini yayımlayıb və bu, kəskin etirazlara səbəb olub. Ermənistan ordusunun darmadağın edilməsinin, böyük itkilər verilməsinin fonunda həmin müharibənin başlandığı günün - 27 sentyabrın ildönümündə konsert verilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

Müğənni Tata Simonyan da hadisəyə görə üzr istəyib: "Sizə bildirməyi vacib hesab edirəm ki, konsert Ermənistan İctimai Televiziyasının mülkiyyətidir. Material mənim razılığım olmadan istifadə edilib. Həmin gün Ermənistan İctimai Televiziyası tərəfindən konsertimin yayımlanmasını ağır və bağışlanmaz səhv hesab edirəm”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol