Menu

Xaricdən Azərbaycana gələn yük maşını qəzaya uğradı - Xəsarət alanlar var

30.09.2026, 11:13
Xaricdən Azərbaycana gələn yük maşını qəzaya uğradı - Xəsarət alanlar var

Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib.

"AzPolitika" xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə bu gecə saat iki radələrində yolun 63-cü kilometrliyində qeydə alınıb.

Xarici ölkəyə məxsus UC-50560-CC nömrə nişanlı "Volvo" markalı yük avtomobili (TIR) eyni istiqamətdə hərəkətdə olan 77-SB-434 dövlət nömrə nişanlı MAN markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol