Menu

"Real Madrid" azarkeşləri Arda Gülərlə bağlı qərar verdi

30.09.2026, 22:44
"Real Madrid" azarkeşləri Arda Gülərlə bağlı qərar verdi

İspaniyanın “Real Madrid” klubunun türkiyəli ulduzu Arda Gülər sentyabr ayının ən yaxşı oyunçusu seçilib.

"AzPolitika" xəbər verir ki, bu barədə "Real Madrid", rəsmi sosial şəbəkə hesabında paylaşım edib.

Belə ki, türkiyəli futbolçu sentyabr ayının “Jugador Cinco Estrellas” (Beş Ulduzlu Oyunçu) mükafatına layiq görülüb.

Qeyd edək ki, bu mükafat "Real Madrid" azarkeşlərinin səsverməsi əsasında hər ay verilir və ay ərzində ən yaxşı çıxış edən oyunçunu müəyyən edir. 

21 yaşlı yarımmüdafiəçi mövsümün ilk aylarında göstərdiyi stabil oyun və yaradıcı ötürmələrlə azarkeşlərin rəğbətini qazanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol