Menu

Qax polisindən əməliyyat - Külli miqdarda narkotik vasitə ələ keçirildi

02.10.2026, 12:09
Qax polisindən əməliyyat - Külli miqdarda narkotik vasitə ələ keçirildi

Qaxda 7 kiloqram narkotik vasitə aşkarlanıb.

"AzPolitika" xəbər verir ki, DİN mətbuat xidmətinin Şəki Regional qrupundan verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.

Tədbirlərlə H.Həsənov və A.Qurbanov saxlanılıblar. Onlardan 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Saxlanılan şəxslər narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol