Menu

Yardımlıda çayxanaya basqın: Sahibkar bıçaqlandı

02.10.2026, 15:29
Yardımlıda çayxanaya basqın: Sahibkar bıçaqlandı

Yardımlıda çayxanada bıçaqlanma hadisəsi baş verib.

"AzPolitika" oxu.az-a istinadla xəbər verir ki, hadisə Yardımlı şəhəri, Heydər Əliyev küçəsində yerləşən çay evində baş verib. Çayxanaya müştəri kimi gələn rayon sakini, 1988-ci il təvəllüdlü Kərim Hüseynzadə obyektin sahibi İlqar İmanzadə ilə mübahisə edib. Bu zaman sahibkar Kərim Hüseynzadədən çayxanadan çıxmasını tələb edib. Kərim buna əhəmiyyət vermədikdə İlqar onu məcburi çölə çıxarıb.

K.Hüseynzadə bir müddətdən sonra balta ilə geri qayıdıb. Bunu görən çayxana sahibi təhlükəsizliyini təmin etmək üçün obyektin qapılarını bağlayaraq içəridə dayanıb. Kərim Hüseynzadə isə balta ilə qapının şüşələrini qırıb. Bu zaman sahibkarla Kərim arasında dava başlayıb, Kərim cibindən bıçaq çıxararaq İlqara üç dəfə zərbə endirib.

Yaralı xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Kərim Hüseynzadə saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və materiallar məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə Kərimlə İlham arasında barışıq elan olunub və cinayət işinə xitam verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol