Menu

Sumqayıtda avtomobil qəzası baş verib - Xəsarət alan piyada ölüb

04.10.2026, 22:55
Sumqayıtda avtomobil qəzası baş verib - Xəsarət alan piyada ölüb

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Süleymanov Samir Süleyman oğlunu avtomobil vurub.

Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol