Menu

“BU, ERMƏNİSTANIN BAŞINA GƏLƏCƏK ƏN DƏHŞƏTLİ ŞEY OLACAQ” – Medvedev

05.10.2026, 11:01
“BU, ERMƏNİSTANIN BAŞINA GƏLƏCƏK ƏN DƏHŞƏTLİ ŞEY OLACAQ” – Medvedev

“Onlar Cənubi Qafqazı parçalamaq istəyirlər”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hesab edir ki, “bəzi dövlətlər” Cənubi Qafqaz ölkələrini parçalamağa və Rusiyanın xüsusilə də Ermənistanla münasibətlərini pisləşdirməyə çalışırlar.

“AzPolitika” xəbər verir ki, Medvedev bu açıqlamanı İran Dövlət Televiziya və Radio Yayımları Şirkətinə verdiyi müsahibədə verib.

"Qafqaza gəldikdə isə bəli, bəzi dövlətlər hazırda orada vəziyyəti qarışdırmağa, Cənubi Qafqaz ölkələrini parçalamağa çalışırlar. Bu həqiqətdir. Biz bunu ehtiyatla izləyirik", - deyə Medvedev bildirib.

O, Qərbin Gürcüstanla münasibətlərini və Ermənistan ətrafındakı mövcud vəziyyəti nümunə kimi göstərib.

"Baxın. Əvvəlcə Qərb dünyası Gürcüstanı NATO-ya qoşulmağa dəvət etdi. Bundan yaxşı heç nə çıxmadı. Gürcüstan hələ də NATO üzvü deyil. Onun hazırkı rəhbərliyi bunun yəqin ki, səhv yanaşma olduğunu başa düşür. Bütün bunlar münaqişəyə gətirib çıxardı", - deyə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirib.

Lakin o, bu cəhdlərin hansı dövlətlər tərəfindən edildiyini açıqlamayıb.

Ardınca Medvedev Ermənistanın “yeni Ukrayna” ola biləcəyini qeyd edib: "Ermənistanla münasibətlərimiz hazırda sınaqdan keçirilir. Hazırkı Ermənistan rəhbərliyi inkişaf vektorunu dəyişdirmək qərarına gəlib. Əminəm ki, bu, yaxşı bir şeyə gətirib çıxarmayacaq. Ermənistanın başına gələ biləcək ən dəhşətli şey onun yeni Ukraynaya çevrilməsidir… Regional problemlərimizlə özümüz məşğul oluruq. Biz Qafqazın bir hissəsiyik. Sizinlə birlikdə Xəzər regionunun bir hissəsiyik. Bizim dostluq etmək, ticarət etmək, inkişaf etməyimiz üçün heç kimə ehtiyacımız yoxdur".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol