Menu

Keçmiş məhkumlardan külli miqdarda narkotik aşkarlanıb

06.10.2026, 12:05
Keçmiş məhkumlardan külli miqdarda narkotik aşkarlanıb

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş R.Əliyev və S.Talıbov saxlanılıblar. Əməliyyat nəticəsində həmin şəxslərdən ümumilikdə 19 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol