“Yaxın zamanda TRIPP layihəsinin inkişafı ilə paralel olaraq, Ermənistan-Türkiyə sərhədinin, eləcə də Ermənistanla Azərbaycan və Ermənistanla Türkiyə arasında dəmir yolu əlaqələrinin açılmasını gözləyirik”.
“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Ermənistan-Britaniya Biznes Forumunda deyib.
Paşinyan erməni mediasında dərc edilən açıqlamasında, həmçinin, Fars körfəzi ilə Qara dəniz arasında dəmir yolu əlaqəsi yaradılmasında TRIPP layihəsinin əhəmiyyətini vurğulayıb.
Onun sözlərinə görə, Şimal-Qərb avtomobil yolu layihəsi tam sürətlə həyata keçirilir və dəmir yolu ilə paralel olaraq Şərq-Qərb istiqamətində yolların açılması da planlaşdırılır.
"Bütün bu kommunikasiyalarla yanaşı, neft kəməri, qaz kəməri çəkilməsi imkanı və elektrik xətləri ilə bağlı konkret müzakirələr artıq aparılır. Aydındır ki, rabitə kabelləri də müasir dünyada çox vacibdir", - deyə Paşinyan qeyd edib.
“AzPolitika.info”


Şərhlər