Menu

Azərbaycanda instituta 4.5 milyon manatlıq tibbi cihazlar alınacaq

06.10.2026, 15:29
Azərbaycanda instituta 4.5 milyon manatlıq tibbi cihazlar alınacaq

"Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu" publik hüquqi şəxsi (PHŞ) tibbi cihazların satın alınması ilə bağlı açıq tender elan edib.

"AzPolitika" xəbər verir ki, tender üzrə ehtimal olunan qiymət 4 milyon 479 min manat təşkil edir.

Satınalma çərçivəsində üç adda tibbi avadanlığın alınması nəzərdə tutulur:

- "KT 128 slicе" (kardio opsiyalı) + UPS + iqlimləndirmə + kontrast injektorla bərabər + qurğuşunlu şüşə - 1 ədəd;

- Rəqəmsal çoxfunksiyalı rentgenoqrafiya və flüoroskopiya sistemi - 1 ədəd;

- 1.5 Tesla maqnit-rezonans tomoqrafiya (MRT) sistemi üzrə texniki şərtlər - 1 ədəd.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol