Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarını yoxlamaya buraxmayan cərimələnib.
"AzPolitika" lent.az-a istinadla xəbər verir ki, hadisə Lerik rayonunda qeydə alınıb.
AQTA əməkdaşları şikayət əsasında Lənkəran-Lerik yolundakı "Çənlibel" restoranında yoxlamaya gediblər. Lakin obyektin sahibkarı onların yoxlama keçirməsinə şərait yaratmayıb. Ona bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, əhəmiyyətsiz olub.
Nəticədə sahibkar barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Obyektin sahibinə məlumat verilsə də, o, məhkəmədə iştirak etməyib. Beləcə proses onun iştirakı olmadan baş tutub.
Qərara əsasən, "Çənlibel" restoranının sahibi 3000 manat məbləğində inzibati qaydada cərimələnib.


Şərhlər