Menu

Xəzərin unikal ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ümumi vəzifəsidir - İlham Əliyev

09.10.2026, 13:51
Xəzərin unikal ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ümumi vəzifəsidir - İlham Əliyev

Xəzərin unikal ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ümumi vəzifəsidir.

"AzPolitika" xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkmənbaşıda keçirilən Xəzər Ekoloji Sammitində bildirib.

Ötən illər ərzində Xəzəryanı ölkələrin geniş müqavilə-hüquqi bazası formalaşdırdığını vurğulayan dövlət başçısı bildirib ki, Azərbaycan demək olar ki, bütün beştərəfli beynəlxalq hüquqi sənədlərin iştirakçısıdır.

Prezident İlham Əliyev həmçinin 2018-ci ildə imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tarixi əhəmiyyətini qeyd edərək onun beş Xəzəryanı dövlətin çoxillik birgə işinin nəticəsi olduğunu söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol