Donald Trampın Rusiya dizelinə qarşı sanksiyaları götürməsinə Ukrayna tərəfi Rusiyanın enerji infrastrukturuna növbəti zərbəsilə cavab verib.
“AzPolitika” xəbər verir ki, Ukrayna dronları Rusiyanin Rostov-na-Donu şəhərindəki neft terminalına zərbə endirib. Bu barədə sosial mediada məlumat və görüntülər yayımlanıb.
Söhbət Rostovun Jeleznodorojnı rayonunda yerləşən və ildə 3,5 milyon ton emal gücünə malik Novoşaxtinski Neft Emalı Zavodunun neft məhsullarının daşınması terminalından gedir. Şahidlərin foto və videolarına görə, ümumi tutumu 60.000 kubmetr olan çən anbarına malik obyektdə böyük yanğın baş verib. “Exilenova+” xəbər verir ki, yanğın NASA-nın peyk görüntüləri ilə təsdiqlənib. Rostov terminalı ixrac üçün və Rusiya ordusuna yanacaq tədarük etmək üçün istifadə olunur.
Rostov qubernatoru Yuri Slyusar bölgəyə hücumu və bir neçə yanğının baş verdiyini təsdiqləyərək, altı nəfərin yaralandığını bildirib. Bundan əlavə, Azov dənizində iki gəmiyə və Rostovdakı dəmir yolu körpüsünə hücum edilib. Həmçinin, Don çayı üzərindəki "Qərb körpüsü"nə ziyan dəyib.
Qeyd edək ki, bir gün əvvəl Prezident Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Amerika və qlobal bazarlara Rusiya dizel yanacağının tədarükü ilə bağlı razılığa gəldiyini açıqlayıb.
“AzPolitika.info”


Şərhlər