Menu

Ukrayna Rusiyanın ballistik raket mərkəzini vurdu - Böyük zərər dəyib

11.10.2026, 16:51
Ukrayna Rusiyanın ballistik raket mərkəzini vurdu - Böyük zərər dəyib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Nijni Novqorod vilayətində yerləşən qitələrarası ballistik raketlərin utilizasiyası mərkəzinə zərbə endirib.

"AzPolitika" UNIAN-a istinadən xəbər verir ki, hücum gecə saatlarında Sırovatixa yaşayış məntəqəsi yaxınlığında həyata keçirilib.

Ukrayna Baş Qərargahının məlumatına görə, obyekt partlayıcı maddələrin və raket yanacağı komponentlərinin istehsalında iştirak edib.

“Defense Express” nəşrinin məlumatına əsasən, mərkəz 1991-ci ildə yaradılıb. Burada Sovet İttifaqından qalan 448 qitələrarası ballistik raket utilizasiya olunub.

Sonrakı illərdə müəssisə “Satana” kimi tanınan R-36M raketlərinin texniki vəziyyətinin saxlanılması və onların kosmik raketlərə çevrilməsi ilə də məşğul olub.

Ekspertlər bildiriblər ki, mərkəz Rusiyanın kosmik proqramları üçün raket yanacağı komponentlərinin təminatında da rol oynayıb. Bu proqramlar arasında “Starlink”ə alternativ peyk rabitəsi sistemlərinin yaradılması layihələri də var.

Mütəxəssislərin fikrincə, obyektə zərbə Rusiyanın raket və kosmik proqramlarına təsir göstərə bilər.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol