Menu

44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı

12.10.2026, 10:46
44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı

Mingəçevir şəhərində 44 yaşlı Elşad Məmmədovu bıçaqlayan şəxs saxlanılıb.

"AzPolitika" Oxu.az-a istinadla xəbər verir ki, hadisə oktyabrın 9-da baş verib. Şəhər sakini, 1982-ci il təvəllüdlü E.Məmmədov naməlum şəxs tərəfindən bıçaqlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, 26 yaşlı Əvəz Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol