Menu

Qaradağda direktorun avtomobilini yandıran şəxs həbs edildi - Hadisənin anbaan görüntüləri

13.10.2026, 15:42
Qaradağda direktorun avtomobilini yandıran şəxs həbs edildi - Hadisənin anbaan görüntüləri

Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib.

"AzPolitika" xəbər verir kki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 12-də paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus "Kia" markalı avtomobilin yandırılması faktı araşdırılıb.

Polis tərəfindən keçirilən tədbirlərlə avtomobili yandıran, əvvəllər məhkum olunmuş Fuad İbrahimov müəyyən olunaraq həbs edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol