Menu

SÜRÜCÜLƏRƏ ŞAD XƏBƏR - Bu yolda bərpa işləri tamamlandı

15.10.2026, 13:40
SÜRÜCÜLƏRƏ ŞAD XƏBƏR - Bu yolda bərpa işləri tamamlandı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Qusar rayonunda Qusar–Həzrə–Sudur avtomobil yolunun 15-ci kilometrində aparılan bərpa işlərini yekunlaşdırıb.

Bu barədə "AzPolitika"ya Agentlikdən məlumat verilib.

Qeyd edilib ki, intensiv yağıntılar nəticəsində yaranan güclü sel axınları yolun sözügedən hissəsində yol yatağının dağılmasına və mövcud suötürücü qurğunun zədələnməsinə səbəb olmuşdu.

"Aparılan bərpa işləri çərçivəsində zədələnmiş ərazidə torpaq işləri görülüb, sel sularının təhlükəsiz ötürülməsi üçün yeni dəmir-beton suötürücü qurğu inşa edilib. Həmçinin yol yatağı bərpa olunub, ətraf sahələrdə möhkəmləndirmə və mühafizə tədbirləri həyata keçirilib. Görülən işlər nəticəsində avtomobil yolunun zədələnmiş hissəsi bərpa edilərək nəqliyyat vasitələrinin hərəkəti təmin olunub", - AAYDA-dan bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol