Menu

Azərbaycanın AQEM-ə sədrliyinin nəticələrini yüksək qiymətləndiririk - Berdiməhəmmədov

15.10.2026, 13:49
Azərbaycanın AQEM-ə sədrliyinin nəticələrini yüksək qiymətləndiririk - Berdiməhəmmədov

Türkmənistan Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyinin nəticələrini yüksək qiymətləndirir.

"AzPolitika" xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov AQEM-in Bakıda keçirilən VII Zirvə Toplantısında bildirib.

"Biz Azərbaycan Respublikasının Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyinin nəticələrini yüksək qiymətləndiririk", - o deyib.

Türkmənistan Prezidenti Aşqabad İqlim Dialoqunun yaradılması təşəbbüsü ilə çıxış edib.

"Türkmənistan Aşqabad İqlim Dialoqu - iqlim dəyişikliyinə uyğunlaşma, səhralaşma və quraqlıqla mübarizə, su ehtiyatlarından səmərəli istifadə və yaşıl həllərin irəliləməsi məsələləri üzrə təcrübə mübadiləsi və yanaşmaların əlaqələndirilməsi üçün çoxtərəfli platformanın təsis edilməsi təşəbbüsünü irəli sürür", - o deyib.

Berdiməhəmmədov maraqlı dövlətləri və beynəlxalq tərəfdaşları bu təşəbbüsü dəstəkləməyə dəvət edib.

O qeyd edib ki, iqlim dəyişikliyi və ekoloji təhlükəsizlik müasir dövrün ciddi çağırışları olaraq qalır, bununla əlaqədar Türkmənistan bu sahələrdə beynəlxalq əməkdaşlığın gücləndirilməsini ardıcıl olaraq müdafiə edir.

Prezident AQEM-in iştirakçı dövlətlərinin su ehtiyatlarından səmərəli istifadə, müasir ətraf mühitin mühafizəsi texnologiyalarının tətbiqi və qlobal iqlim dəyişikliyi şəraitində milli iqtisadiyyatların dayanıqlığının artırılması üçün səylərinin birləşdirilməsinin vacibliyini vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol