Rusiya reaktiv PUA-sı Odessa vilayətindəki supermarketlərdən birinə zərbə endirib. “AzPolitika” xəbər verir ki, sosial mediada zərbə ilə bağlı videogörüntülər yayımlanıb.
Hədəf Dnestr çayı deltasının yaxınlığındakı Mayaki kəndindəki Tavria V mağazası olub.
Ukrayna Prezidenti Volodimir Zelenski hadisəyə öz “Telegram” kanalında münasibət bildirib: “"Şahed” PUA-sının Odessa bölgəsindəki adi bir mağazaya dəhşətli hücumu. Mağaza qismən dağıdılıb, avtomobillərə ziyan dəyib. Üç nəfər yaralanıb".
AzPolitika.info


Şərhlər