Menu

"Narkokartel obyektlərinə zərbələr gücləndiriləcək" - Tramp

15.10.2026, 23:36
"Narkokartel obyektlərinə zərbələr gücləndiriləcək" - Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerika hərbçiləri Latın Amerikası ölkələrində narkokartellərlə əlaqəsi olduğu ehtimal edilən yerüstü obyektlərə zərbələri gücləndirəcək.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə Amerika lideri Ağ Evdə çıxışı zamanı bildirib.

"Yerüstü əməliyyat əslində yeni başlayır. O, bir neçə ay əvvəl başlayıb və biz onlara güclü zərbələr endiririk. Biz onların marşrutlarını bilirik, kartel üzvlərinin harada yaşadıqları da məlumdur. Əməliyyat davam etdikcə zərbələr də güclənəcək", - Tramp bildirib.

Onun sözlərinə görə, narkokartellərin təslim olmaq üçün hələ vaxtı var.

"Bununla Meksika məşğul olmalıdır, lakin sözün açığı, ölkə buna qadir deyil", - ABŞ Prezidenti əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol