Menu

800-dən çox avtomobil satıldı, minlərlə müqavilə bağlandı

16.10.2026, 10:10
800-dən çox avtomobil satıldı, minlərlə müqavilə bağlandı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 2026-cı ilin ilk 9 ayının (yanvar-sentyabr) yekun göstəricilərini açıqlayıb.

“AzPolitika” xəbər verir ki, hesabat dövründə təşkil edilən 46 hərrac çərçivəsində 804 ədəd avtomobil, 7 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik müəssisə və 1 tamamlanmamış tikili özəlləşdirilib. Keçirilən bu hərraclar hesabına dövlət büdcəsinə 122 milyon manat vəsait yönəldilib.

Paralel olaraq, dövlət əmlakının icarəyə verilməsi sahəsində də aktivlik müşahid olunub. Sentyabrın sonunadək 3075-i torpaq, 444-ü isə qeyri-yaşayış sahəsi olmaqla ümumilikdə 3519 yeni icarə müqaviləsi imzalanıb. Qeyri-yaşayış obyektləri və torpaq sahələrinin icarəsindən büdcəyə daxil olan vəsaitin məbləği 43,3 milyon manata çatıb.

Qeyd olunan dövrdə həm özəlləşdirmə, həm də icarə əməliyyatları nəticəsində dövlət büdcəsinə ümumilikdə 165,3 milyon manat ödənilməsi təmin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol