Menu

Polşa Ukrayna üçün "Starlink"ə nə qədər pul xərcləyib? - Rəqəmlər açıqladı

17.10.2026, 11:42
Polşa Ukrayna üçün "Starlink"ə nə qədər pul xərcləyib? - Rəqəmlər açıqladı

Polşa 2022-ci ildən bəri Ukrayna üçün “Starlink” peyk rabitəsi terminallarının alınmasına və abunə haqlarının ödənilməsinə 480 milyon zlotidən (təxminən 121 milyon dollar) çox vəsait xərcləyib.

"AzPolitika" xəbər verir ki,u barədə Polşanın “Rzeczpospolita” qəzeti məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, ilin sonuna qədər bu məqsədlər üçün daha 100 milyon zloti (təxminən 25 milyon dollar) xərclənəcəyi gözlənilir.

30 min terminal və illər üzrə maliyyələşmə

Məlumatda qeyd olunur ki, Varşava 2022-ci ildən bəri Ukrayna üçün təxminən 30 000 “Starlink” terminalının alınmasını maliyyələşdirib və hazırda onların böyük bir hissəsinin abunə haqqını ödəyir.

Polşanın Rəqəmsallaşdırma Nazirliyinin göstəricilərinə əsasən, ayrılan vəsaitlərin illər üzrə bölgüsü belədir:

2022–2023-cü illər: 202,3 milyon zloti;

2024-cü il: 120,5 milyon zloti;

2025-ci il: 132,7 milyon zloti;

2026-cı ilin əvvəlindən: 25,5 milyon zloti.

Hazırda dəyəri 143,3 milyon zloti olan müqavilə 2026-cı ilin dekabr ayının sonuna qədər qüvvədədir. Növbəti illər üçün yeni müqavilələr hələ imzalanmasa da, qəzet bunun maliyyələşmənin dayandırılması mənasına gəlmədiyini vurğulayır. Yekun qərar hökumət səviyyəsində veriləcək. Məlumata görə, Polşa dövləti gələn il də Ukraynadakı mülki abunəçilər üçün “Starlink” ödənişlərini davam etdirməyi planlaşdırır.

Cəbhədəki rabitə məhdudiyyəti və Vaşinqtonun reaksiyası

Oktyabrın 14-ünə keçən gecə “SpaceX” şirkəti Ukraynadakı “Starlink” terminallarının sürətini məhdudlaşdırıb. Həmin vaxt cəbhə rabitəsi və dronların idarə olunması üçün istifadə edilən “Starshield” peyk sisteminin fəaliyyətinin məhdudlaşdırılması barədə göstərişin Ağ Evdən gəldiyi bildirilirdi.

“Starshield” sistemində yaradılan sürət məhdudiyyəti Ukrayna Müdafiə Qüvvələrinin cəbhədəki mühüm üstünlüyünü itirməsinə və güc balansının qarşı tərəfin xeyrinə dəyişməsinə səbəb olub.

Bu arada Vaşinqton “Starlink” əməliyyatlarının və Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsinin məhdudlaşdırılması ilə bağlı iddiaları təkzib edib. ABŞ Prezidenti Donald Tramp səhər saatlarında vəziyyəti şəxsən yoxladığını və peyk rabitəsinin tam normal rejimdə işlədiyinə dair təminat aldığını bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol