Menu

Rubio ABŞ-ın Rusiyaya sanksiyaları dayandırmasının səbəbini açıqlayıb

19.10.2026, 10:17
Rubio ABŞ-ın Rusiyaya sanksiyaları dayandırmasının səbəbini açıqlayıb

Rusiyaya qarşı sanksiyaların 60 günlük dayandırılmasının səbəbi Mokva və Kiyev arasında dialoqda irəliləyişin ola biləcəyini yoxlamaqdır.

Bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.

“Buna səbəb odur ki, Tramp Rusiya və Ukrayna ilə gedən danışıqların müsbət istiqamətdə irəliləməsi ilə bağlı şansın olub-olmadığını və müharibənin daha bir fəlakətli ilinin qarşısını almağın mümkünlüyünü yoxlamaq istəyir”,- Rubio qeyd edib. /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol