"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində İspaniyanın "Barselona" klubu ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb.
"AzPolitika" xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Biletlərin qiymətləri 15-1500 manat arasında dəyişir.
Matça bilet satışı iticket.az vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.


Şərhlər