Menu

"YALNIZ ƏRDOĞANIN LİDERLİYİ DÖVRÜNDƏ..." – Keçmiş nazirdən açıqlamalar

19.10.2026, 17:10
"YALNIZ ƏRDOĞANIN LİDERLİYİ DÖVRÜNDƏ..." – Keçmiş nazirdən açıqlamalar

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Türkiyə-Azərbaycan müttəfiq münasibətlərində müzakirə olunan müəyyən problemlərə və ikitərəfli əlaqələrin tarixinə dair açıqlama verib.

O qeyd edib ki, iki ölkə arasındakı müttəfiqlik münasibətlərində yaranan müəyyən problemlərlə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər və mövqelər səslənməkdədir: "Əgər onların retrospektivini nəzərdən keçirsək, daha əvvəl də müxtəlif və heç də az mürəkkəb olmayan problemlər olub. Onların mütləq əksəriyyəti hər iki ölkənin geniş ictimaiyyəti üçün naməlum qalırdı və bu, problemli məsələləri onların tənzimlənməsi üçün lazım olanı etmək istəməyənlərin və ya edə bilməyənlərin müzakirəyə qoşulmasının qarşısını alaraq həll etməyə imkan verirdi".

Sabiq XİN rəhbəri əmindir ki, dostluq və kulis arxası kommunikasiyalar vasitəsilə xüsusi səlahiyyətli şəxslər yaxın vaxtlarda qarşılıqlı anlaşmaya nail olacaqlar: "Xidmət illərində mən Türkiyədən olan tərəfdaşlarla müxtəlif səviyyələrdə və müxtəlif problemlər üzrə çox ünsiyyətdə olmalı olmuşam. Lakin birmənalıdır ki, yalnız R.T.Ərdoğanın liderliyi dövründə dövlətlərarası münasibətlərimizi Azərbaycanın uzun illər nail olmağa çalışdığı səviyyəyə qaldırmaq mümkün oldu".

T.Zülfüqarov vurğulayıb ki, bu gün də Azərbaycan ictimaiyyətinin mütləq əksəriyyəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkəmizin ən böyük və sadiq dostu hesab edir. Diplomat fikirlərini “Yaşasın qardaşlığımız və müttəfiqliyimiz! İki dövlət, tək millət!" şüarları ilə tamamlayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol