Menu

Salyanda evə ildırım düşüb - Yanğın baş verib

25.10.2026, 10:20
Salyanda evə ildırım düşüb - Yanğın baş verib

Salyan rayonunun Şorsulu kəndində ildırım fərdi yaşayış evinə düşüb, nəticədə yanğın baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə kənd sakini Maarif Məmmədovun evində səhər saat 5 radələrində qeydə alınıb.

Yanğın nəticəsində evin bir otağı tamamilə yanaraq yararsız hala düşüb, evə və əşyalara ciddi ziyan dəyib.

Salyan Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşlarının operativ müdaxiləsi ilə alovun digər otaqlara keçməsinin qarşısı alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol