Menu

"Regionda xarici qüvvələrin mövcudluğu sıfıra endirilməlidir" - Əraqçi

25.10.2026, 13:42
"Regionda xarici qüvvələrin mövcudluğu sıfıra endirilməlidir" - Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçi regionda davamlı sülh və sabitliyə nail olmaq üçün xarici qüvvələrin mövcudluğunun sıfıra endirilməli olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə nazir yerli mətbuata açıqlamasında deyib.

"Region davamlı sülh və sabitliyə nail olmaq üçün xarici qüvvələrin mövcudluğunun sıfıra endiriləcəyi istiqamətdə irəliləməlidir", – A.Əraqçi bildirib.

Diplomat region ölkələrinin əməkdaşlıq və razılaşmalar vasitəsilə təhlükəsizliyin təmin olunması istiqamətində göstərdikləri səyləri də qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol