Menu

Zakir İbrahimov şöbə müdirini işdən çıxardı - FOTO

30.10.2026, 18:25
Zakir İbrahimov şöbə müdirini işdən çıxardı - FOTO

"AzerGold" QSC-nin Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsinin müdiri Şamil Ömərov vəzifəsindən azad olunub.

"AzPolitika" Ölkə.az-a istinadla xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin sədri Zakir İbrahimov müvafiq əmr imzalayıb.

Ş.Ömərov 2025-ci ildən "AzerGold" QSC-də Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsinin müdiri vəzifədə çalışıb.

Qeyd edək ki, Ş.Ömərov, 2005-2009-cu illərdə Azərbaycan Dövlət Aqrar Universitetində "Menecment" ixtisası üzrə bakalavr, 2010-2013-cü illərdə "İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi" ixtisası üzrə magistr pilləsində təhsil alıb. 2013-2014-cü illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Kimya mühəndisliyi" ixtisası üzrə 2-ci Ali təhsil alıb. 2012-ci ildən etibarən Dağ-mədən və istehsalat sahələri üzrə müxtəlif vəzifələrdə çalışıb. O, 2016-ci ildən etibarən "AzerGold" QSC-də işə qəbul edilib

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol