Menu

"İndi bədəl ödəmək növbəsi sizindir!" - İran rəsmisindən Avropaya sərt sözlər

31.10.2026, 14:22
"İndi bədəl ödəmək növbəsi sizindir!" - İran rəsmisindən Avropaya sərt sözlər

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai Avropa ölkələrini ikili standartlar yürütməkdə günahlandıraraq, İsrailə verdikləri dəstəyin bədəlini ödədiklərini bəyan edib.

"AzPolitika" xəbər verir ki, Rezai bu barədə "X" (keçmiş "Twitter") sosial şəbəkəsində paylaşım edib

O  qeyd edib ki, Avropa əvvəllər İsrailin hərəkətlərini təqdir etdiyi halda, indi İranla münaqişənin milyardlarla dollarlıq iqtisadi zərərlərindən gileylənir.

"Dünən Avropa İsrailin çirkli əməlləri ilə fəxr edirdi, bu gün isə İranla müharibənin gətirdiyi milyardlarla dollarlıq zərərdən şikayətlənir. Müharibə cinayətlərini alqışlayanda bunun fəsadlarının sizə toxunmayacağını düşünürdünüz? Müharibə və terrorizmin öz bədəli var — indi növbə sizindir, ödəyin".

İran rəsmisinin bu bəyanatı Avropada hərbi münaqişənin iqtisadi fəsadları ilə bağlı artan narahatlıqlar fonunda səslənib.

Qeyd edək ki, bundan əvvəl Almaniya kansleri Fridrix Merts müharibə səbəbindən enerji daşıyıcılarının bahalaşmasının son 8 ayda Avropa iqtisadiyyatına 100 milyard avrodan çox ziyan vurduğunu bildirmiş və məsələnin diplomatik yolla həllinə çağırış etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol