Azərbaycanın yeni İnsan hüquqları üzrə müvəkkili (ombudsmanı) bu gün seçiləcək.
Bununla bağlı məsələ parlamentin bugünkü plenar iclasının gündəliyinə daxil edilib.
Belə ki, plenar iclasda Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında məsələyə baxılacaq.
Qeyd edək ki, bu vəzifəyə üç namizədin adı təqdim edilib. Onlar Səbinə Əliyeva, Elşanə Vəliyeva və Ceyhun Qaracayevdir.


Şərhlər