Menu

Gəncədə amputant futbol oyunu keçirilib - FOTOLAR

06.11.2026, 20:08
Gəncədə amputant futbol oyunu keçirilib - FOTOLAR

Noyabrın 5-də Futbolun İnkişaf Fondunun həyata keçirdiyi “Amputant futbol turnirinin təşkili” layihəsi çərçivəsində Gəncə şəhərindəki stadionda mina qurbanlarının iştirakı ilə amputant futbol oyunu keçirilib.

Oyunun açılış mərasimində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyəti sədrinin müavini Elnur Bağırlı, Qarabağ Dirçəliş Fondunun İdarə Heyəti sədrinin müşaviri Rəşad Qasımzadə, Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müşaviri Fikrət Vəliyev və Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev çıxış ediblər.

Açılış mərasimindən sonra amputant futbolçular arasında yoldaşlıq oyunu keçirilib.

“Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nun iştirakçıları da tədbirə qatılaraq yoldaşlıq oyununu izləyib, amputant futbolçulara dəstək olublar.

Tədbirin sonunda futbolçulara təşəkkürnamələr və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Amputant futbol turnirinin təşkili” layihəsi QHT Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə elan etdiyi “Mina və Partlamamış Hərbi Sursatlar Probleminə dair təşəbbüslər” qrant müsabiqəsinin 2026-cı il üzrə qalib layihələrdən biridir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol