Menu

Prezident İlham Əliyevə “Xankəndi” FK-nın forması təqdim edilib

07.11.2026, 12:51
Prezident İlham Əliyevə “Xankəndi” FK-nın forması təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərinə səfəri çərçivəsində əsaslı yenidənqurmadan sonra açılışı olan Xankəndi şəhər stadionu ilə tanış olub.

"AzPolitika" xəbər verir ki, Dövlət başçısı stadionun soyunub-geyinmə otağına baş çəkib. Burada Prezident İlham Əliyevə Xankəndi Futbol Klubunun futbolçuları üçün hazırlanmış oyun formaları, o cümlədən ölkə rəhbərinin ad və soyadının qeyd olunduğu xüsusi forma təqdim edilib.

Qeyd edək ki, Xankəndi şəhər stadionunun yenidən qurulması şəhərdə futbol ənənələrinin bərpası və idmanın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol