Menu

Mərmərə dənizində zəlzələ olub

14.11.2026, 08:13
Mərmərə dənizində zəlzələ olub

Mərmərə dənizində 3,9 bal gücündə zəlzələ qeydə alınıb.

"AzPolitika" xəbər verir ki, bu barədə "Haber Global" Fövqəladə Halların İdarə Olunması İdarəsinə (AFAD) istinadən məlumat yayıb.

Zəlzələnin episentrinin Bursanın Mudanya rayonu sahillərindəki Gemlik körfəzində olduğu və yeraltı təkanların ətraf rayonlarda da hiss edildiyi bildirilib.

Mudanyadan 6,42 kilometr uzaqlıqda baş verən zəlzələnin ocağı 13,65 kilometr dərinlikdə olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol