Cəlilabad rayonunda fərdi yaşayış evində yanğın baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Kazımabad kəndində qeydə alınıb.
Belə ki, Adil Əliyevə məxsus kürsülü, birmərtəbəli, 80 kvadratmetr sahəsi olan evdə qəfil yanğın başlayıb. Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub.
Nəticədə ev əşyaları ilə birlikdə tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Məlumata görə, ev təxminən bir ay əvvəl alınıb. Faktla bağlı araşdırma aparılır.


Şərhlər