Menu

ABŞ-da hər il bir milyona yaxın kibertəhlükəsizlik insidenti qeydə alınır

22.11.2026, 20:18
ABŞ-da hər il bir milyona yaxın kibertəhlükəsizlik insidenti qeydə alınır

ABŞ-da hər il təxminən bir milyon kibertəhlükəsizlik insidenti barədə müraciət qeydə alınır.

Bunu ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleyton CNN telekanalının efirində bildirib.

"Amerikalılar kibertəhdidlərin real olduğunu başa düşməlidirlər. 2020-ci ildə Federal Təhqiqatlar Bürosuna (FTB) təxminən 800 min kibertəhlükəsizlik insidenti barədə məlumat daxil olmuşdu. Son məlumatlara görə, bu rəqəm bir milyona çatıb", – o deyib.

Kleyton bununla yanaşı, kibertəhdidlərin sayının artmasına baxmayaraq, ABŞ-ın kibertəhlükəsizlik sahəsində lider mövqeyini qoruyub saxladığını vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol