Menu

Azərbaycanla Vatikan arasında sənəd imzalanıb - Fotolar

24.11.2026, 13:45
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb - Fotolar

Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalanıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, razılaşma çərçivəsində azərbaycanlı mütəxəssislər üçün təlimlərin keçirilməsi, arxiv işi və tarixi sənədlərin tədqiqi, mühafizəsi və rəqəmsallaşdırılması sahələrində qarşılıqlı təcrübə mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.

“Eyni zamanda, azərbaycanlı gənc mütəxəssislərin Vatikanın mədəni irs və arxiv elmləri, kitab və əlyazmaların kataloqlaşdırılması üzrə proqramlarında iştirakı təşviq ediləcək”, - Anar Ələkbərov vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol