Rusiya yaxın və uzaq ölkələr hesabına yanacaq idxalını artırmağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak jurnalist Pavel Zarubinə açıqlamasında bildirib.
"Biz yaxın və uzaq xarici ölkələrdən tədarüklə əlavə istehsalı artırmaq hesabına daxili bazara daxilolmaları artırmağı planlaşdırırıq", – o bildirib.
Baş nazirin müavini vurğulayıb ki, Rusiyada hələlik hiss olunmayan yanacaq qıtlığı var.
O əlavə edib ki, əlavə idxal tədarükləri, eləcə də müəssisələrin planlı təmirlərinin daha gec müddətə keçirilməsi Ukraynanın neft emalı zavodlarına hücumlarının öhdəsindən gəlməyə imkan verir.


Şərhlər