Ermənistan öz ərazisində Rusiyanın hərbi bazasına ehtiyac görmür.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyasının efirində açıqlayıb.
O, qeyd edib ki, bu məsələni heç vaxt qaldırmayıb.
"Mən heç vaxt Rusiya hərbi bazası mövzusunu qaldırmamışam, bunu Rusiya edib. Əgər onlar bu məsələni qaldırsalar, mən açıq şəkildə bildirirəm ki, Ermənistan Rusiya hərbi bazasına ehtiyac görmür", - Baş nazir deyib.
Paşinyan həmçinin qeyd edib ki, müəyyən məqamda ölkə Aİ ilə AİB arasında seçim etmək üçün referendum keçirəcək, çünki həm mövcud, həm də yeni konstitusiya layihələrində inteqrasiya qurumlarına üzvlük məsələsinin referendum yolu ilə həll olunması nəzərdə tutulur.


Şərhlər