“Milyarderlər ittifaqı”nı yenidən siyasi səhnəyə qaytarmağa hazırlıq görülür?
Son günlər Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasov haqda məlumatlar yenidən ölkə mətbuatının gündəmini zəbt edib. Onun keçmiş silahdaşı Söyün Sadıqovla Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti (“AzerRos”) təşkilatına nəzarət uğrunda açıq mübarizəsi Bakıda da diqqətlə izlənilir. Hətta bu savaşda Kremlin sabiq baş nazir müavinini, Bakının isə S.Sadıqovu müdafiə etdiyi bildirilir.

Ancaq Kremlin açıq şəkildə Abbas Abbasovu müdafə etməsi “AzerRos” tam olaraq baş nazirinin sabiq birinci müavininin nəzarətindən çıxarmağı mümkünsüz edir. Bunu A.Abbasovun təşkilatdan uzaqlaşdırılmasına cəhd olunan 17 yanvar qurultayına Rusiyanın hüquq-mühafizə orqanları ciddi maneə törətməsi də sübut edir. Hansı ki, S.Sadıqovun rəhbərlik etdiyi həmin tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin müavini isə şəxsən iştirak edərək, ona dəstək vermişdi.
Rəsmi Bakının S.Sadıqov dəstək verməsi təbii ki, Abbas Abbasovn da diqqətindən yayınmayıb. O da, necə deyərlər, öz gedişlərini etməyə başlayıb.


Seçki ilində onların təkrarən bir araya gəlməsi “Milyarderlər ittifaqı”nı yenidən dirçəlmək istədikləri ehtimalnı yaradb. Bu ehtimalı güçləndirən bir faktor da RATİ-nin Koordinasiya Şurasının üzvü Ramazan Abdulatipovun da həmin məçlisdə iştirakıdır.
Qəzetin məlumatında qeyd edilir ki, 2013-cü ilin yanvarında Putinin Dağıstan prezidenti vəzifəsinə təyin etdiyi Ramazan Abdulatipovun Azərbaycan hakimiyyəti ilə münasibətləri hələ də gərgindir. Dağıstan prezidenti olduğu iki il ərzində onun Azərbaycan rəhbərliyi ilə rəsmi təmasının olmaması da deyilənləri təsdiq edir.

Əlbəttə, bu görüşün “Milyarderlər ittifaqı”nı yenidən siyasi səhnəyə qaytarmağa hazırlıq, yoxsa sıradan bir dost məslisi olduğu yaxın zamanlarda bilinəcək. Ancaq istənilən halda regionda getdikçə fəallaşan Rusiyanın parlament seçkiləri öncəsi Azərbaycan hakimiyyətini təzyiq altında saxlamağa cəhd edəcəyi şübhəsizdir. Kremlin bu zaman kimlərə "stafka" edəcəyini isə zaman göstərəcək.
Rasim Əliyev
AzPolitika.info

Şərhlər