Münhendə keçirilən təhlükəsizlik konfransında Avropa və ABŞ Putini cilovlamaq məsələsində çəp gəldilər
Almaniya kansleri Angela Merkel şənbə günü Münhen Təhlükəsizlik Konfransında deyib ki, Ukraynaya döyüş silahlarının verilməsinin oradakı böhranın çözülməsinə kömək etməyəcəyini düşünür.
Onun bu mövqeyi ABŞ nümayəndəsi tərəfindən hiddətlə qarşılanıb. O bildirib ki, Almaniya müttəfiqlərinin narahatlıqlarına arxa çevirir.
Reuters agentliyi yazır ki, konfransda iki ölkənin nümayəndələri arasında açıq və qızğın mübahisə prezident Putinə müqavimət göstərilməsi məsələsində transatlantika ittifaqının zəifliyini nümayiş etdirib.
Almaniya kansleri cümə günü gecə Kremldə aparılmış Almaniya-Fransa-Rusiya danışıqlarının fayda verəcəyinə şübhə ilə yanaşdığını etiraf edib.
Bununla belə o, ABŞ-ın Ukraynaya döyüş silahları göndərməsi ideyasına qarşı çıxdığını da gizlətməyib.
Angela Merkel deyib ki, o hətta daha yaxşı silahlanmış Ukraynanın Rusiyanın öhdəsindən gələ biləcəyinə inanmır.
“Rənginiz göyərənədək Moskvaya gedə bilərsiniz...”

O deyib ki, Moskva ilə danışıqlar nəticə vermir və verməyəcək: “Siz rənginiz göyərənədək Moskvaya gedib gələ bilərsiniz…” – deyib Graham.
O deyib ki, Merkel Kiyevə silah verilməsi ideyasını rədd etməklə çarpışan demokratiyaya arxa çevirmiş olub. “Siz hazırda məhz bu işlə məşğulsunuz” – deyib senator.
Yeri gəmişkən Ukrayna mediası Almaniyanı Rusiyadan “qorxmaqda” ittiham edir.
Lavrov: “Saakaşvilinin taleyini yada salın”

O deyib ki, Qərb Kiyevin Ukraynanın şərqində etnik təmizləmə aparmasına göz yumur.
Sergei Lavrov konfransdan sonra keçirilən mətbuatla görüşdə daha sərt danışıb.
O hazırda heç bir siyasi analiz aparmadan Ukraynanı dəstəkləyənlərə “Gürcüstanın və Saakaşvilinin taleyini yada salmağı” məsləhət görüb.
Bununla belə, o qeyd edib ki, Fransa prezidenti Hollande və Almaniya kansleri Merkelin Vladimir Putinlə danışıqları müəyyən ümidlər verir.
Hollande: “Bunun adı müharibədir”

Bu isə, təhlilçilərin fikrincə, Ukrayna münaqişəsinin də Rusiyanın arxasında durduğu başqa separatçı münaqişələrdən birinə çevrilməsinə və uzun müddətə dondurulmasına razılaşmaq deməkdir.
Hollande da cümə gecəsi Moskvada apardığı danışıqların “ucundan-qulağından” məlumat verib.
O mərkəzi Fransadakı Tul şəhərində çıxış edərkən deyib ki, Kremldə keçirilən danışıqlar tammiqyaslı müharibənin qarşısını almaq üçün son şans idi.
“Əgər biz təkcə kompromis yox, uzunmüddətli sülh sazişi əldə edə bilməsək, ssenarinin necə ola bilcəyini tam dəqiqliyi ilə bilirik. Bunun öz adı var. Və bu ad “müharibədir” – deyib Hollande.
Hollande deyib ki, Ukrayna separatçılarına xeyli geniş muxtariyyət verilməlidir.
"Kiyevlə döyüşən insanları onun hakimiyyəti altında yaşamağa məcbur etmək çətin olacaq" - deyib prezident.
London niyə susur?

Britaniyanın xarici işlər naziri Philip Hammond bu mülahizələri “gülünc” adlandırıb və deyib ki, bu prosesə ABŞ da qatılmayıb, lakin bu o demək deyildir ki, Paris və Berlin özbaşına hərəkət edirlər.
Cənab Hammond izah edib ki, Ukraynaya dair danışıqların Fransa-Almaniya-Rusiya-Ukrayna formatında keçirilməsi barədə razılaşma var və Londonla Vaşinqton bu razılaşmanın üzvüdürlər.
Bundan əvvəl Britaniyanın NATO-dakı ən vəzifəli generalı Richard Shirreff baş nazir Cameron-u fəaliyyətsizlikdə günahlandırmışdı.
Britaniyanın xarici işlər naziri generalı bu məsələyə kənardan müdaxiə etməməyə çağırıb. (Azadlıq radiosu)

Şərhlər