“Ehtiyatlılıq və bir də ehtiyatlılıq. Keçən ilin sentyabrında əldə edilmiş birinci Minsk razılaşmasından məyus qalmış Avropa dövlətləri uzun müzakirələrdən sonra Fransua Olland və Anqela Merkelin br neçə gün müəssər oduqları atəşkəs müqaviləsinə olan skeptik münasibətlərini gizlətmirlər”. Bu fikirlər Fransanın məhşur “Le Figaro” qəzetində dərc olunan “Avropa Birliyi Minsk razılaşmasına ehtiyatla yanaşır” başlıqlı məqalədə yer alıb.

[caption id="attachment_94902" align="alignleft" width="267"]

Şərqi Avropa liderləri hesab edirlər ki, yaxın zamanlarda hərb və sülh məsələsi separatçıların deyil, Kremlin mövqeyindən asılı olacaq. Avropa Birliyi şurasının sədri Donald Tusk məsələ ilə əlaqadər bidirib: ”Bu məsələdə təkcə ümüdlə kifayətlənmək olmaz. Əsas odur ki, hadisə yerində razılşma şərtlərinə rəayət edilsin”.
Onun fikirinə görə, önümüzdəki günlərdə hadisələrin necə cəryan etməsindən, təkcə Ukarynanın gələcək taleyi asılı deyil, həm də Vladimir Putinə etibar etməyin nə dərəcədə mümkün olduğu anlaşılacaq.
Litvanın prezidenti Dalya Qribauskayte razılaşmanın dayanıqsız olması ilə bağlı öz narahatlığını bildirib. Belə ki, Minskdəki razılaşmada əsas problemlərdən biri olan Rusiya –Ukrayna sərhəddinə Kiyev tərəfindən necə nəzarət olunacağı sualına cavab verilməyib.
[caption id="attachment_94903" align="alignleft" width="300"]

Həmin məsələyə toxunan D.Qribauskayte deyib:”Bu o deməkir ki, sərhədd istənilən hərbi hərəkətlər üçün açıqdır. Anqela Merkel bacardığını edib, ancaq hər halda razılaşma çox kövrəkdir. Müvəffəqiyyət təcavüzkarın, yəni, Rusiyanın tərəfindədir.”
Minsk danışıqlarının baş tutmaması nəticəsində Avropa Birliyi təcili sürətdə Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların üçüncü dalğasını işə salmağa məcbur qalacaqdı . Eyni zamanda kəskin polemika mövzusu olan Ukraynaya silah göndərilməsi məsələsini həyata keçirilməsinə qərar veriləcəkdi. Bunlar isə hadisələri daha da mürəkəbləşdirə bilərdi.

Rusiyaya qarşı sanksiyaların götürülmə məsələsinə isə yalnız hadisələrin gedişinə görə, mart ayında baxıla bilər. Avropa ölkələrinin bu sanksiyalrın uzadılması məsələsində hələ xeyli əvvəldən razılığa gəldiyini nəzərə alsaq, bunun baş verəcəyi az inandırıcı görünür”.
Vaqif
AzPolitika.info

Şərhlər