Baş nazirin sabiq müavin Rusiyanın Ukrayna torpoqlarını işğal etməsini dətəklədi
“Rusiya prezidenti Ukraynada müharibə elan edilmədən dinc insanların öldürülməsinə qarşı olaraq, Dumaya silahdan istifadə etmək üçün ona icazə verilməsi haqqında müraciət edəndə Putini dəstəkləyən yeganə milli təşkilat biz olmuşduq”. Axar.az xəbər verir ki, bu sözləri “Reqnum” agentliyinə müsahibəsində Abbas Abbasov söyləyib.
O, Ukraynada yaşayan 13 milyon rusu öz taleyi ilə baş-başa buraxmağın gərəkmədiyini deyib:“Biz həmin vədə Putini müdafiə edən yeganə mill mədəni muxtariyyət idik. Şəxsən mənə bu şeyə görə çox hücumlar oldu. Biz azərbaycanlılar çörəyi qiymətləndiririk və buna görə minnətdarıq. Biz hər zaman yaşadığımız ölkənin maraqlarını və onu idarə edən rəhbəri müdafiə edəcəyik. Bu gün ölkəni Putin idarə edir və biz onun xalqımıza, rəhbərliyimizə münasibətindən razıyıq. Mən şəxsən Vladimir Putinlə görüşmüşəm. Bizim söhbətimizin böyük hissəsi Heydər Əliyevə həsr olunmuşdu və mənə onun Heydər Əliyevlə İlham Əliyevə münasibəti çox yaxşı bəllidir. Gərək düzgün, insan kimi Allahın qanunları ilə yaşayasan. Mən inanclı insanam və iki dəfə Məkkədə olmuşam. Ona görə də hesab edirəm ki, insan həmişə sülh içərisində yaşamalı, olduqları ölkə və yanaşı yaşadıqları xalqa minnətdar olmalıdırlar”.
Maraqlıdır, inaclı adam olduğunu iddia edən Abbas Abbasov Ukraynada minlərlə günahsız insanın ölümünə səbəb olan bir işğalı necə və niyə dəstəkləyir? Putinə xoş gəlmək üçünmü? Ən əsası bu onun nəyinə lazımdır?!
Rasim
AzPolitika.info

Şərhlər