“AzərRos” - Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun tərəfdarları bu gün Moskvada qurumun növbədənkənar qurultayını keçiriblər. A.Abbasov qurultayda çıxış edərək tutduğu postdan istefa verdiyini bəyan edib.

Sonra qurultayda tanınmış kinossenarist Rüstəm İbrahimbəyov çıxış edib və o da Ağsaqqallar Şurasından istefa verdiyini söyləyib.

Onların təklifləri Ağsaqqallar Şurasında səsə qoyulub, lakin tərəfdarları onların hər ikisinin istefasını qəbul etməyiblər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva Millətlər Evində keçirilən toplantıda “AzərRos”un fəxri prezidenti postu ləğv edilib.

Daha sonra toplantı “AzərRos” Federal Şurasının sədri olmuş Mehriban Sadıqovanı qurumun prezidenti seçib. Qeyd edək ki, M. Sadıqova Söyün Sadıqov "Azərros"un sədri olduğu vaxt onun katibəsi vəzifəsində çalışıb.

Abbas Abbasov sonra çıxı edərək bildirib ki, bəyan etdi ki, təşkilata hələ uzun illər rəhbərlik edəcək və var gücü ilə Azərbaycan-Rusiya əlaqələrinin daha da inkişaf etdirilməsinə, həmçinin prezidentlər İlham Əliyev və Vladimir Putin arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verməyə çalışacaq.

Qeyd edək ki, toplantı keçirilən zaman "Azərros" üzvlərinin böyük

əksəriyyəti, həmçinin Federal Şuranın üzvləri Moskva Millətlər Evinin qarşısına toplaşaraq, bu toplantıya etiraz ediblər. Onlar bildiriblər ki, "Azərros"un növbəti qurultayı martın 6-da olacaq. Buna görə təşkilat üzvləri bu toplantının "qurultay" adlandırılmasına etiraz ediblər və "Azərros"u parçalamaq cəhdi kimi qiymətləndiriblər.

Etirazçılar Abbas Abbasovu və tərəfdarlarını dialoqa dəvət ediblər. Lakin Abbas Abbasovun tərəfdarları bir qrup qeyri-millətlərdən olan idmançılarla birgə etirazçılara

hücum ediblər və onları ərazidən uzaqlaşdırmağa cəhd ediblər.

----

Bu dəqiqələrdə Rusiyada yaşayan azərbaycanlıların diaspora cəmiyyəti "AzərRos"un "iclası" keçirilir. Bu barədə sosial şəbəkədəki səhifəsində diaspora fəalı Qoşqar Əhmədov xəbər verib.

Onun sözlərinə görə, toplantı keçirilən zala azərbaycanlılar buraxılmır: "Maraqlı məqam orasıdır ki, azərbaycanlıların qarşısını tapşırıq almış xüsusi xidmət orqaņlarının əməkdaşı olan ruslar, dağıstanlılar kəsir".

Qeyd edək ki, son vaxtlar "AzerRos"da ikitirəlik yaranıb. Təşkilata nifaq toxumunu baş nazirin sabiq birinci müavini Abbas Abbasovun saldığı bildirilir. Hazırda azərbaycanlıların keçirməli olduğu iclas zalına azərbaycanlıları buraxmayanlar onun tapşırını icra edirlər.