Rusiya ilə Qərb arasında gərginliyin artması dünyanın nüvə müharibəsi təhdidi ilə üzləşdiyinə dair narahatlıqları ciddi ölçülərdə artırıb.
Rusiyanın strateji nüvə bombardmançıları tez-tez NATO ölkələrinin hava hüdudları yaxınlığında manevrlər edir, nüvə raketləri daşıyan atom sualtı qayıqları bloka üzv ölkələrin sahillərində üzür.
Bu günlərdə isə Rusiyanın strateji raket qoşunlarının misli görünməmiş miqyasda manevrləri keçirilib. Manevrlər çərçivəsində qitələrarası ballistik nüvə raketləri öz anqarlarından çıxaraq onlarla kilometr yürüş edib və döyüş mövqeyində dayanıb. Rusiyanın nüvə dəyənəyini bu cür tez-tez yellətməsi NATO ölkələri nüvə müharibəsi təhlükəsi barədə ciddi düşünməyə məcbur edib.
Xatırladaq ki, bu il yanvar ayının 22-də ABŞ-ın Çikaqo Universitetinin “Bulletin of Atomic Sciences” redaksiyası məşhur “Qiyamət günü saatı”nı bir dəqiqə irəli çəkiblər. İlk atom bombasını icad edən mütəxəssislərin daxil olduğu bu universitetin mütəxəssisləri dünyada nüvə müharibəsi təhlükəsinin uzun illərdən bəri ilk dəfə artdığını qeydə alaraq simvolik saatın əqrəbini yerindən tərpədiblər və 12-yə bir dəqiqə yaxınlaşdırıblar.

Belə məlum olur ki, Britaniya hərbi mütəxəssislərinin hazırladıqları nüvə müharibəsi modelinə görə Moskvaya atom sualtı qayıqlarından nüvə başlığı daşıyan 48 “Trident” raketinin atılması planlaşdırılmışdı. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi isə SSRİ-mnin mülki müdafiə sistemini analiz edərək bu qənaətə gəlmişdi ki, Moskvaya endirilən 48 nüvə raketi azı 2,5 milyon nəfərin ölümünə səbəb olacaq.
Doğrudur, MKİ SSRİ-nin mülki müdafiə sisteminin təkmil olduğunu qeyd edib, ancaq müəyyən edib ki, nüvə partlayışından xilas olmağa imkan verən sığınacaqlarda ancaq sovet rəhbərliyini və mühüm sahələrin mütəxəssislərini yerləşdirməyə kifayət edəcək qədər yer var. Qalan sığınacaqlar isə radiasiyadan qorunmağa imkan verə bilər, ancaq orada nüvə partlayışından xilas olmaq mümkün deyil.

Hesablamalara görə, nüvə müharibəsi zamanı ən təhlükəsiz rayonlar kənd təsərrüfatı rayonları idi. Çünki bu rayonlarda əhali sıxığı azdır və əhalinin yaxınlaşan radiasiya buludundan qaçmaq üçün vaxtı var.
Lakin bu proqnozlar indiki dövr üçün aktuallığını itirmiş hesab oluna bilər. Çünki ABŞ və Rusiyanın əlində o qədər nüvə başlığı var ki, onların tətbiqi nəinki milyonlarla adamın həlak olmasına, bütövükdə Yür üzündə həyatın sönməsinə səbəb olacaq...

Şərhlər